"İslamiadada Avropa Oyunlarından çox medal qazanacağıq"

"İslamiadada Avropa Oyunlarından çox medal qazanacağıq"
  11 May 2017    Oxunub:2669
““Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında komandamızın nə qədər medal qazanacağı proqnozunu vermək çətindir”.
AzVision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O, bunu rəqibləri tanımamaqla izah edib.

“Avropa ölkələrindən rəqibləri yaxşı tanıyırıq. Afrika, Asiya ölkələrindəki idmançıları o qədər də yaxşı tanımırıq. Məqsədimiz komanda hesabında birinci yerdə olmaqdır. Avropa oyunlarında məqsəd ilk 3-lüyə daxil olmaq idisə, İslam Həmrəylik Oyunlarında məqsədimiz ayrı-ayrı idman növlərində medalları kifayət qədər çox almaqdır. Hər halda Avropa oyunlarından daha çox medal olacaq”.

Ç.Hüseynzadənin sözlərinə görə, Azərbaycan komandasında legioner idmançıların olması həmin idman növünün inkişafına kömək edir. “Əgər bir idman növündə zəif nəticə göstərilirsə və bu zaman tanınmış əcnəbilər gətirilirsə, artıq həmin idman növü üzrə rəqabət yaranır və bu, yerli idmançıların inkişafına kömək edir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti