46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib

46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib
  11 May 2017    Oxunub:2204
“Bu günə qədər artıq 46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib”.
AzVision.az xəbər verir ki, bunu “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri və icraçı direktoru Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu gün 8 ölkənin nümayəndələrini gələcək.

“Biz onları gözləyirik. İdmançıların boş vaxtlarını keçirməsi üçün mərkəz fəaliyyət göstərir. Həmin mərkəzdə onlar stolüstü-tennis oynaya bilər və ya komanda şəklində TV verilişlərinə baxa bilərlər. Bu kimi əyləncələr nəzərdə tutulub. Lakin idmançıların elə də çox boş vaxtı yoxdur, onlar daha çox məşqdə olurlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İslamiada   Atletlər-Kəndi  





Xəbər lenti