“Fənərbaxça”ya növbəti cəza

“Fənərbaxça”ya növbəti cəza
  28 Fevral 2013    Oxunub:2159
UEFA İntizam Komitəsi “Fənərbaxça” klubuna növbəti sərt cəza tədbiq edib.
Klubun rəsmi saytlnda yer alan xəbərə görə, İstanbul klubunun Avropa Liqasında növbəti ev oyununu azarkeşlərin iştirakı olmadan keçirilməsi haqda qərar çıxarılıb. Sanksiya “Fənər”in martın 14-də Çexiya“Viktoriya”sına qarşı keçiriləcək Avroliqanın 1/8 final oyununu əhatə edəcək.

Qeyd edək ki, “Fənərbaxça” azarkeşlərinin meydançaya pirotexnik vasitələr atması səbəbindən UEFA bu komandanın 1/16 finalın BATE-ylə oyununu da qapalı tribunalar önündə keçirmək haqda qərar vermişdi. Buna baxmayaraq, hətta belə vəziyyətdə də türk azarkeşlər stadionun kənarından meydançaya yanar əşya atmağı bacarmışdılar.

UEFA həmçinin növbəti mövsümdən “Fənərbaxça”nı şərti olaraq avrokuboklardan uzaqlaşdırıb. Əgər azarkeşlər problemləri davam etdirsə, qərar rəsmən qüvvəyə minəcək.

Bundan başqa, Avropanın ali futbol qurumu “Fənərbaxça”ya 60 min avro məbləğində cəza kəsib.


Teqlər:  





Xəbər lenti