“Eurovision-2017”nin finalçıları məlum oldu -Yenilənib
Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə - Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya vəsiqə qazanıb.
Bununla da mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.
Qeyd edək ki, müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə - Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan finala vəsiqə qazanıb.
Ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri - Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniya təmsilçiləri birbaşa finalda çıxış edəcəklər.
***
(00:06)
Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Hollandiya, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış edirlər.
Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.
AzVision.az
Teqlər: Eurovision Ukrayna