6 klub Premyer Liqaya buraxılmadı

6 klub Premyer Liqaya buraxılmadı
  12 May 2017    Oxunub:1535
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
AzVision.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda 2017-2018-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“İnter” PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, “Sumqayıt” FK, “Zirə” PFK

2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Kəpəz” PFK, “Səbail” PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

AZAL PFK, “Mil-Muğan” FK, MOİK PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n (Buraxılış 2016) 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.

“Zirə” PFK-nın müraciətinə baxılərkən UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınıb.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti