İki gimnastımız "Bakı-2017"də finala çıxdı

İki gimnastımız "Bakı-2017"də finala çıxdı
  12 May 2017    Oxunub:2112
IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib.
AzVision.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 14 gimnast halqa və topla hərəkətləri icra edib.

Yığmamızın heyətində xalçaya Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova çıxıb. Marina və Jalə hər iki növdə finala yüksələ bilib. Zöhrə isə mübarizəni dayandırıb.

Azərbaycan isə ümumi nəticədə 66,250 xalla 1-ci yerdə gedir.

Qeyd edək ki, sabah gürz və lentlə hərəkətlərdən sonra komanda hesabında medalla veriləcək. Mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.

AzVision.az


Teqlər: Gimnast   İslamiada  





Xəbər lenti