Rafael Ağayev finalda- Yenilənib

  13 May 2017    Oxunub : 16537
Rafael Ağayev finalda- Yenilənib
IV İslam Həmrəyliyi Oyunlarında karate yarışları davam edir.
5 qat dünya çempionu Rafael Ağayev yarımfinal görüşünə çıxıb.

AzVision.az xəbər verir ki, yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

***
AzVision.az xəbər verir ki, 75 kiloqram çəkidə çıxış edən karateçimiz Rafael Ağayev 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.

Rəqibini 7:2 hesabı ilə məğlub edən karateçimiz yarımfinala yüksəlib.

***
AzVision.az-ın məlumatına görə, 75 kiloqramda ölkəmizi təmsil edən karateçi Rafael Ağayev türkiyəli rəqibi Erman Eltemura qalib gəlib.

Rəqibini 3:0 hesabı ilə məğlub edən Rafael 1/4 finala yüksəlib.

Qeyd edək ki, karate yarışları Bakı İdman Zalında keçirilir.

AzVision.az

Teqlər: Karate   Rafael-Ağayev   İslamiada