"Səhnədə çox həyəcanlı idi" - Bir günə məşhur olan Mina

"Səhnədə çox həyəcanlı idi" - Bir günə məşhur olan Mina
  13 May 2017    Oxunub:88156
“Qızımı səhnədə görəndə çox sevindim. Onunla qürur duydum. Bundan gözəl nə ola bilər ki?” Bunu AzVision.az-a İslam Oyunlarının açılış mərasimində Mina obrazını canlandıran azyaşlı Eleonoranın anası Heyran Əmiraslanova deyib.
O bildirib ki, açılış mərasimi zamanı qızını səhnədə görmək onun üçün qürurvericidir: “Qızım çox sevinirdi. O, eyni zamanda çox həyəcanlı idi. Açılış mərasimi bitəndən sonra çox həyəcanlı olduğunu dedi. Bu, tək həyəcandan ibarət hislər deyildi, həddindən artıq sevinc yaşayırdı. Qızım üzərinə düşən işi böyük məsuliyyətlə yerinə yetirdi. Mən onu bu mərasimə hazırlayan Leyla, Səbinə xanıma, Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm”

Qeyd edək ki, Mina obrazı tamaşıların rəğbətini qazanıb. Sosial şəbəkələrdə Mina ilə bağlı maraqlı müzakirələr aparılır. Milyonlarla insanın izlədiyi açılış mərasimində Mina obrazını canlandıran Eleonora Yusifova bədii gimnastika üzrə Azərbaycanın milli komandasında məşq edir. O, 6-cı sinif şagirdidir. Anası Heyran Əmiraslanova ixtisasca jurnalistdir.



Şahanə Rəhimova
AzVision.az




Teqlər: İslamiada   Bakı-2017   Mina  





Xəbər lenti