İslamiada: Bu gün nələr olacaq?

İslamiada: Bu gün nələr olacaq?
  14 May 2017    Oxunub:1855
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün 12 idman növü üzrə yarışlar keçiriləcək.
Bədii gimnastika və idman gimnastikası növlərində fərdi və komanda yarışlarının qalibləri müəyyənləşəcək. Cüdoda 3 çəkidə 4, paracüdoda 4 çəkidə 8 idmançı medal uğrunda yarışacaq. Qadın və kişi karateçilər kata və kumitedə hərəyə 3 medal üçün mübarizə aparacaqlar.

Günün ən ən çox maraq doğuran görüşlərirı həndbol komandaları arasında final və bürünc medal uğrunda matçlar olacaq. Qadınların mübarizəsində həlledici qarşılaşmada Azərbaycan və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar voleybolçu qadınların yarışında qrup mərhələsinin görüşü çərçivəsində də üz-üzə gələcəklər.

Atıcılıq, üzgüçülük və ağırlıqqaldırma növlərində də medallar uğrunda mübarizə gedəcək.

Qeyd edək ki, artıq Azərbaycanın aktivində 22 medal var. Bunlardan 10-u qızıl, 9-u gümüş, 3-ü bürüncdür.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti