Karateçimiz yarışa qələbə ilə başladı

Karateçimiz yarışa qələbə ilə başladı
  14 May 2017    Oxunub:1946
V İslam Həmrəyliyi Oyunlarında karatenin kata yarışlarında Azərbaycanı təmsil edən Roman Heydərov mübarizəyə qələbə ilə başlayıb.
Karateçimiz səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb.

***

IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karatenin kumite və kata yarışlarına Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizəyə qoşulub.

Kumite yarışlarında ölkəmizi qadın idmançılardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edir.

Kata yarışlarında isə təmsilçimiz qadınlardan Neda Rezei, kişilərdən isə Roman Heydərovdur.

IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına bu gün yekun vurulacaq.

AzVision.az


Teqlər: İslamiada   Karate  





Xəbər lenti