`Eldəniz Quliyev və Əli Kərimli də prokurorluğa çağırılacaq`
`Ölkəmizdə bu qədər islahatlar aparılır. Siz bunu necə olur ki, görmürsünüz? Eldar kimilərinin islahat deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm. Bunlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər. Xalqı kitab cümlələri ilə aldatmaq lazım deyil`, deyə o vurğulayıb.
Əflan İbrahimov Eldar Namazovun, Köçəri Nağıbəylinin Baş Prokurorluğa çağırılmasını da şərh edib.
Bildirib ki, EL üzvü Eldəniz Quliyev və AXCP sədri Əli Kərimli də prokurorluğa çağırılacaq və izahatları alınacaq:
“Bu işlərin başında Əli Kərimli durur. Əli Kərimli Milli Şuranı öz əlinə alıb. İsa Qəmbər düz eləyib öz namizədliyini irəli sürmüşdü. Amma Əli Kərimli istədiyini etdi. 20 ilə yaxın Cəbhədə olmuş Cəmil Həsənlinin namizəd olmasına nail oldu. Bununla da ana müxalifət adlandırılan Müsavatın önünə keçdi. Əlimdə əsasım olmasaydı, Baş Prokurorluğa bu məsələ ilə bağlı məlumat verməzdim. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım`. (virtualaz)
Teqlər: