Boksçumuz yarımfinalda - Yenilənib

Boksçumuz yarımfinalda - Yenilənib
  15 May 2017    Oxunub:2193
Daha bir boksçumuz yarımfinala vəsiqə qazanıb.
AzVision.az xəbər verir ki, 56 kq çəki dərəcəsində Azərbaycan millisinin üzvü Tayfur Əliyev ilk döyüşünə çıxıb. O, 1/4 final mərhələsində mərakeşli Taoufik Kaçfi ilə qarşılaşıb.

Boksçumuz elə 1-ci raundda qələbə qazanıb. Belə ki, T.Əliyev rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.

Boksçumuz mayın 17-də yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşə çıxacaq.

Qeyd edək ki, bundan əvvəl Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) 1/2 finala vəsiqə qazanıblar.

***
AzVision.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov iranlı Omid Əhmədisafa ilə qarşılaşıb. O rəqibinə məğlub olub.

***
AzVision.az-ın məlumatına görə, boks yığmamızın 3 üzvü ilk, Məhəmmədrəsul Məcidov isə ikinci görüşünü keçirəcək.

Hər dörd boksçumuz 1/4 final mərhələsində rinqə çıxacaq.

49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov iranlı Omid Əhmədisafa ilə qarşılaşacaq.

56 kq-da mübarizə aparan boksçumuz Tayfur Əliyevin ilk rəqibi mərakeşli Taoufik Kaçfi olacaq.

64 kq çəkidəki təmsilçimiz Elvin İsayev yarımfinala çıxmaq üçün Özbəkistan təmsilçisi Aliyor Noraliyevi məğlub etməlidir.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə ikinci döyüşünü keçirəcək. Boksçumuz 1/4 finalda misirli Uosri Hafizlə döyüşəcək.

Qeyd edək ki, yarımfinala yüksələn boksçular ən az bürünc medalı təmin etmiş olacaq.

AzVision.az


Teqlər: Boks   İslamiada  





Xəbər lenti