İş adamının qızı dünyada tanınacaq - Video

İş adamının qızı dünyada tanınacaq - Video
  16 May 2017    Oxunub:7572
Azərbaycanlı biznesmenin qızı Səbinə Bəylinin yeni debut mahnısı “Ready for Tonight” dünyanın ən məşhur musiqi platformalarında yayımlanıb.
AzVision.az-ın məlumatına görə, mahnının müəllifi avstriyali Avi Benedi, sözləri isə Avi Benedi və Səbinə Bəyliyə məxsusdur. Mahnı Viena şəhərində yazılıb, klip isə Sofia şəhərində çəkilib.

Qeyd edək ki, Səbinə Bəyli Rəşid Behbudov adına Musiqi məktəbini piano ifaçılığı üzrə bitirib. “O səs Türkiyə” musiqi yarışmasında və “Zima” musiqi festivalında Azərbaycanı uğurla təmsil edib. 7 yaşında Azərbaycan Simfonik Orkestri ilə pianinoda çıxış edib.

Hazırda əlavə iki yeni mahnı da hazırdır. Mahnılar Viyena və London şəhərlərində studiyada hazırlanıb. Son iki mahnını Səbinə özü hazırlayıb. Yaxın günlərdə hər üç mahnı dünyada yayımlanacaq.

Qeyd edək ki, S. Abbasbəyli tanınmış biznesmen, New York Vəkillər Kollegiyasının üzvü Məmməd Abbasbəylilinin qızıdır.



Hafiz Əhmədov
AzVision.az




Teqlər: Mahnı  





Xəbər lenti