Bu günün nəticələri - 81 medalımız var

Bu günün nəticələri - 81 medalımız var
  17 May 2017    Oxunub:37247
IV İslam Həmrəyliyi Oyunlarının dördüncü günündə Azərbaycan idmançıları 13 medal qazanıblar. Bu medallardan 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.
Gün ərzində milli komandamızın aktivinə ən çox medalı atletika və paraatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 4 qızıl və 1 bürünc medala sahib olublar. Oyunların dördüncü günündə Ruslan Lunyov və Maksim Şeberev özlərinin dördüncü qızıl medallarını qazanıblar.

Azərbaycan milli komandası yarışın dördüncü günündə 81 medalla (41 qızıl, 24 gümüş və 16 bürünc) ikinci pillədəki yerini qoruyub.

İslamiadanın üçüncü günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirib. Qardaş ölkənin idmançıları gün ərzində 23 medal əldə ediblər. Bu medallardan 8-i qızıl, 9-u gümüş, 6-sı isə bürüncdür. Gün ərzində Türkiyə millisinin aktivinə ən çox medalı üzgüçülər əlavə ediblər. Onlar 14 medala (6 qızıl, 5 gümüş, 3 bürünc) sahib olublar. Hazırda Türkiyə yığmasının hesabında 115 medal (43-40-32) var.

İlk beşliyi İran (37 medal, 10-12-15), Özbəkistan (34 medal, 7-9-18) və İndoneziya (42 medal, 6-18-18) tamamlayır.

Ümumilikdə dörd gün ərzində 28 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.



AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti