Gəncədə heykəltəraşın yaradıcılıq gecəsi keçirilib

  17 May 2017    Oxunub : 3176
Gəncədə heykəltəraşın yaradıcılıq gecəsi keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə Əməkdar rəssam, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib.

Şəhər İH-dən AzVision.az-a daxil olan xəbərə görə, tədbirdə Şərif Şərifovun zəngin yaradıcılığından bəhs edən qısa metrajlı sənədli film nümayiş etdirilib. İcra başçısı Elmar Vəliyev Heydər Əliyevin və o cümlədən Nəriman Nərimanovun Gəncədəki abidələrinə görə Şərif Şərifovu təbrik edərək yaradıcılığında uğurlar arzu edib. Heykəltəraşın Nizami yurdundakı əl işlərindən danışan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, Tahir Salahovla bütün Azərbaycan qürur duyduğu kimi Şərif Şərifov da xalqın sevgisini qazanır. Elmar Vəliyev Şərif Şərifova Fəxri Fərman təqdim edib.



Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Gəncə Regional Kollecin direktoru Fəxrəddin Zeynalov, Gəncə Musiqi Kollecinin direktor əvəzi Ruziyyə Rəhimova, Tibb kollecinin direktoru Mehman Rzayev, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, 5 saylı orta məktəbin şagirdləri və müdiri Bəhrəm İmranoğlu, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının Gəncə şəhər təşkilatının sədri Qalib Bağırov, Gəncə Dövlət Dram Teatrının əməkdaşları Şərif Şərifovu əldə etdiyi uğura görə təbrik edərək daha böyük nailiyyətlər arzu ediblər.



Yaradıcılıq gecəsinin bədii hissəsi Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında möhtəşəm nəğmələr ilə davam edib.

AzVision.az

Teqlər: Gəncə