Nazirlikdən `dolu` xəbərdarlığı

Nazirlikdən `dolu` xəbərdarlığı
  02 Sentyabr 2013    Oxunub:1266
Sentyabrın 1-də axşam və 2-də respublika ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 19-24°, gündüz 24-28° isti, Bakıda gecə 21-23°, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturunun gecə 17-22°, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-25°, gündüz 30-35° isti olacağı gözlənilir.



Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır. Temperaturun gecə 21-24°, gündüz 28-33° isti, dağlarda gecə 15-20°, gündüz 20-20° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Sentyabrın 1-də axşam və 2-də respublika ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir saniyədə 20-25 metrədək güclənəcəkdir. Çaylarda sululuğun artacağı, əsasən Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı vardır.


Teqlər:





Xəbər lenti