Daha 4 taekvondoçumuz mübarizəyə qoşulur

Daha 4 taekvondoçumuz mübarizəyə qoşulur
  18 May 2017    Oxunub:1440
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulacaq.
AzVision.az-ın məlumatına görə, 4 taekvondoçumuz medallar üçün mübarizə aparacaq.

Məhəmməd Məmmədov (63 kq) turnirə 1/8 finaldan start verəcək. O, İbrahim Zarman (İndoneziya)/ Əhməd Əlhosani (BƏƏ) cütünün qalibi ilə üz-üzə gələcək.

Səid Quliyev (74 kq) 1/4 finalda Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq.

Ramin Əzizov (87 kq) da yarışlara 1/4 finaldan başlayacaq. Taekvondoçumuzun ilk olaraq iordaniyalı Anas Sadek ilə qarşılaşacaq.

Darya Şkurko (62 kq) isə Mərakeş taekvondoçusu Sukayna ƏL Auni ilə mübarizə aparacaq.

Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə millimiz 5 qızıl və 2 gümüş medal qazanıb.

AzVision.az


Teqlər: Taekvondo   İslamiada  





Xəbər lenti