İslamiada: dörd idmançımız medal qazandı

İslamiada: dörd idmançımız medal qazandı
  18 May 2017    Oxunub:1742
Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər.
AzVision.az-ın məlumatına görə, paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub. İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.

Eyni zamanda kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb. İranlı Müctəba Vəlipur qızıl, indoneziyalı Rafi Aldiansiah isə gümüş medal qazanıb.

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərində 69 kq çəkidəki Tamerlan Abdullayev özbəkistanlı Bobo-Usmon Baturovla üz-üzə gəlib. Görüş Baturovun qələbəsi ilə yekunlaşıb. Boksuçumuz ikinci yerlə kifayətlənib.

AzVision.az


Teqlər: Bakı-2017  





Xəbər lenti