Azərbaycan 55-ci qızıl medalı qazandı - Yenilənib

Azərbaycan 55-ci qızıl medalı qazandı - Yenilənib
  18 May 2017    Oxunub:2100
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 91 kiloqram çəki dərəcəsində mübarizənin finalında Olimpiya mükafatçımız Teymur Məmmədov türkiyəli Burak Akşinlə qarşılaşıb.
AzVision.az xəbər verir ki, görüşdə 3:2 hesabı ilə qələbə qazanan Teymur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalını qazanıb.

**

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələdə xalça üzərinə çıxıb

AzVision.az-ın məlumatına görə, birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

AzVision.az


Teqlər: Baku-2017  





Xəbər lenti