İki güləşçimiz finalda- Yenilənib

İki güləşçimiz finalda- Yenilənib
  19 May 2017    Oxunub:2726
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov yarımfinalda Türkiyə güləşçisini böyük fərqlə məğlub edərək finala yüksəlib.

***
Güləşçimiz Nurməhəmməd Hacıyev (97 kq) ilk görüşündə Yusup Melejayevlə (Türkmənistan) dueldən qalib ayrılıb. Rəqibini 11:1 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb.

***
Güləşçimiz Maqomed Müslimov (65 kq) yarımfinalda Əfqanıstan güləşçisi ilə qarşılaşıb. 40 saniyə ərzində rəqibini 10:0 hesabı ilə məğlub edən Müslimov finala yüksəlib.

***
AzVision.az xəbər verir ki, güləşçimiz İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/4 finalda Kamerun təmsilçisi Tambi Nforsonqla qarşılaşıb. Rəqibini 4:0 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.

***
Cəbrayıl Həsənov (74 kq) 1/8 final mərhələsində iranlı Peyman Yarəhmədi ilə mübarizə aparıb. Güləşçimiz 1:3 hesabı ilə məğlub olub. Əgər İran təmsilçisi finala qədər irəliləsə, Həsənovun bürünc medal qazanmaq şansı var.

***
65 kq çəkidə mübarizəyə başlayan güləşçimiz Maqomed Müslimov 1/8 finalda Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb.

***
AzVision.az-ın məlumatına görə, ilk olaraq 4 güləşçimiz mübarizəyə başlayacaq.

Mahir Əmiraslanov (57 kq) 1/4 final mərhələsində Roland Tambi Nforsonqu (Kamerun) sınağa çəkəcək.

Maqomed Müslimov (65 kq) 1/8 finalda Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşacaq.

Cəbrayıl Həsənov (74 kq) 1/8 final mərhələsində iranlı Peyman Yarəhmədi ilə mübarizə aparacaq.

Nurməhəmməd Hacıyev (97 kq) ilk görüşündə Yusup Melejayevlə (Türkmənistan) dueldən qalib ayrılmalıdı.

AzVision.az


Teqlər: Güləş   İslamiada  





Xəbər lenti