Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək

Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək
  19 May 2017    Oxunub:6733
Mayın 20-dən 21-dək Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək.
Tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliyin Mədəniyyət və turizm müşavirliyindən AzVision.az-a verilən məlumata görə, səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq. Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı (https://www.youtube.com/watch?v=Y4o7ttdxdKk ), Türk xalq musiqisindən Volkan Gözüböyük (https://www.youtube.com/watch?v=Pvzy3s5cCIM), Meltem Seyfelioğlu (https://www.youtube.com/watch?v=syONZBgU61M), Türk sənət musiqisindən Günay Şimşek (https://www.youtube.com/watch?v=sf1dFbVoaIc), Yıldız Çam Özdemir (https://www.youtube.com/watch?v=CkRtsy7j31s) kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer (https://www.youtube.com/watch?v=JTBeGSdXMdM ) və sopranosu Aslı Kıyıcı (https://secure.dobgm.gov.tr/opera2013/wsan2013.aspx?SicilNo=921) ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti