Azərbaycanın 3 güləşçisi finalda- Yenilənib
Rəqibini 7:3 hesabı ilə məğlub edən Maqomedov finala vəsiqə qazanıb.
***
Hacı Əliyev (61 kq) 1/2 finalda mərhələsində İran təmsilçisi ilə qarşılaşıb. Rəqibini 8:1 hesabı ilə məğlub edən Əliyev finala vəsiqə qazanıb.
***
Güləşçimiz Murtazali Müslümov (70 kq) 1/2 finalda Qırğızıstan güləşçisi Ruslan Saybakasov ilə qarşılaşıb.
Rəqibini məğlub edən Müslümov finala vəsiqə qazanıb.
***
Güləşçimiz Şərif Şərifov (86 kq) 1/2 finalda İran güləşçisi Hassan Yazdanicharati ilə qarşılaşıb.
Son Olimpiya çempionu olan Yazdani güləşçimizi 11:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Şərifov bürünc medal uğrunda mübarizə aparacaq.
***
Güləşçimiz Cəmaləddin Maqomedov (125 kq) 1/4 final mərhələsində suriyalı Raca Alkrad ilə qarşılaşıb.
Rəqibini 10:0 hesabı ilə məğlub edən Maqomedov 1/2 finala vəsiqə qazanıb.
***
Güləşçimiz Murtazali Müslümov (70 kq) 1/4 finalda türkiyəli Zafer Dama ilə üz-üzə gəlib.
Rəqibini 6:0 hesabı ilə məğlub edən Müslümov yarımfinala yüksəlib.
***
Hacı Əliyev (61 kq) 1/4 final mərhələsində Tacikistan təmsilçisi ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Əliyev 1/2 finala vəsiqə qazanıb.
***
Güləşçimiz Şərif Şərifov (86 kq) 1/4 finalda Pakistan güləşçi ilə qarşılaşıb.
Rəqibini 11:1 hesabı ilə məğlub edən Şərifov 1/2 finala yüksəlib.
***
Hacı Əliyev (61 kq) 1/8 final mərhələsində Türkmənistan təmsilçisi Saparmurat Muradov ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finala vəsiqə qazanıb.
***
Güləşçimiz Şərif Şərifov (86 kq) 1/8 finalda Nazar Cabir Əl Muşattat (İraq) ilə qarşılaşıb.
Rəqibini 10:0 hesabı ilə məğlub edən Şərifov 1/4 finala yüksəlib.
***
AzVision.az xəbər verir ki, daha 4 çəkidə güləşçilərimiz mübarizəyə qoşulacaq.
Hacı Əliyev (61 kq) 1/8 final mərhələsində Türkmənistan təmsilçisi Saparmurat Muradov ilə qarşılaşacaq.
Murtazali Müslümov (70 kq) 1/4 finalda türkiyəli Zafer Dama ilə üz-üzə gələcək.
Şərif Şərifov (86 kq) 1/8 finalda Nazar Cabir Əl Muşattat (İraq) ilə mübarizə aparacaq.
Cəmaləddin Maqomedov (125 kq) 1/4 final mərhələsində suriyalı Raca Alkrad ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışın ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazanıb.
AzVision.az