Elxan Məmmədov bayraqdar seçildi

  20 May 2017    Oxunub : 4276
Elxan Məmmədov bayraqdar seçildi
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Elxan Məmmədov İslam Oyunlarında qızıl medala sahib olub.

Xatırladaq ki, "Bakı-2017"nin açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı tanınmış karate ustası Rafael Ağayev olmuşdu.

Aytən Zəhra
AzVision.az

Teqlər: İslamiada