Qadın güləşçimiz finala çıxdı - Yenilənir

Qadın güləşçimiz finala çıxdı - Yenilənir
  21 May 2017    Oxunub:2574
69 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Elis Manolova yarımfinalda türkiyəli Busə Tosunla qarşılaşıb.
Azərbaycan idmançısı görüşdə qələbə qazanaraq finala yüksələ bilib.

***
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilər mübarizəyə başlayıb.

48 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik 1-ci dövrədə əlcəzairli Xeyra Çaima Yahyaui ilə qarşılaşıb.

M.Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb - 10:0.

***
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarının sonuncu günündə qadın idmançılar mübarizəyə qoşulub.

Gün ərzində səkkiz çəki dərəcəsində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Azərbaycan bütün çəki dərəcələri üzrə yarışlarda təmsil olunur. Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) medallar uğrunda yarışlara qoşulublar.

Qadın güləşçilərin yarışlarında final görüşləri saat 18:00-da başlayacaq.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti