Stadnik və Manolova qızıl medal qazandı - Yenilənib

Stadnik və Manolova qızıl medal qazandı - Yenilənib
  21 May 2017    Oxunub:4475
Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.
Bundan əvvəl 34 saniyə ərzində əlcəzairli rəqibini məğlub edən M.Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb.

Güləşçimiz yenə də vaxtından əvvəl - 2 dəqiqə 43 saniyəyə qələbə qazanaraq İslamiadanın qızıl medalına sahib olub.

***
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın güləşində daha bir qızıl medal qazanıb.

AzVision.az xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib.

Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıb.

AzVision.az


Teqlər: İslamiada   Güləş  





Xəbər lenti