Messinin həbs cəzası qüvvədə qaldı

Messinin həbs cəzası qüvvədə qaldı
  25 May 2017    Oxunub:2270
İspaniya Ali Məhkəməsi “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Leonel Messinin vergidən yayınma işi ilə bağlı iyul ayında Barselona şəhərinin məhkəməsi tərəfindən verilən 21 ay həbs cəzası hökmünü qüvvədə saxlayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, iyulda Messi 4,1 milyon avro həcmində vergidən yayınma üzrə üç epizodda ittiham olunub. Bununla yanaşı, eyni müddətə həbs cəzasına məhkum edilən Messinin atası Xorxenin həbs müddəti də 15 ayadək azaldılıb.

Messi, həmçinin 2 milyon avro, onun atası isə 1,5 milyon avro həcmində cərimələnib. Argentinalı hücumçunun məhkəmənin qərarı ilə əlaqədar apelyasiya şikayəti verdiyi bildirilir.

AzVision.az


Teqlər: Messi   Həbs  





Xəbər lenti