Messi dördüncü dəfə “Qızıl buts” aldı

Messi dördüncü dəfə “Qızıl buts” aldı
  29 May 2017    Oxunub:1916
“Barselona”nın tanınmış futbolçusu, argentinalı ulduz Lionel Messi 2016/2017 mövsümünün yekunlarına əsasən “Qızıl buts” mükafatına layiq görülüb.
Mükafat Avropa liqalarında rəqib qapılarına ən çox qol vuran futbolçuya verilir. Argentinalı hücumçu ötən mövsüm İspaniya çempionatında 37 dəfə fərqlənib.

İkinci yerdə qərarlaşan “Sportinq”in futbolçusu Bas Dost 34, üçüncü pillənin sahibi Dortmundun “Borussiya” klubunun oyunçusu Pyer-Emerik Obameyyanq isə 31 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Messi dördüncü dəfədir “Qızıl buts” mükafatını qazanır.

AzVision.az


Teqlər: Messi   Qızıl-Buts  





Xəbər lenti