Bu qələm səhv yazmağa qoymur-VİDEO

Bu qələm səhv yazmağa qoymur-VİDEO
  04 Sentyabr 2013    Oxunub:5126
“Lernstifty” adlanan qələm orfoqrafik səhvləri müəyyən edir
Alman mütəxəssisləri “Lernstiftu” adlanan “ağıllı” qələm hazırlayıblar.

Yeni ixtira əllə yazılmış mətndə orfoqrafik səhvləri müəyyən edərək istifadəçiyə bu barədə məlumat verir.

Qələm xüsusi sensorla təchiz edilib. Texnologiya qələmin içərisindəki mini-kompüter sayəsində reallaşdırılıb. Mətn yazılandan sonra Wi-Fi vasitəsilə smartfon və ya planşetə göndərilir ki, burada onun yoxlanılması prosesi aparılır.

Hələ ki, “ağıllı” qələm alman və ingilis dillərini “başa düşür”. Mütəxəssislər bu siyahıya ispan və rus dillərinin də daxil edilməsi üzərində işləyirlər.

Yeni ixtira ilk növbədə məktəblilər üçün nəzərdə tutulub.





Teqlər:  





Xəbər lenti