Milli komandanın tərkibində dəyişiklik

Milli komandanın tərkibində dəyişiklik
  03 Sentyabr 2013    Oxunub:1392
Əfran İsmayılov (“Bakı”) və Səlahət Ağayev (“İnter”) millinin heyətindən çıxarılıblar.
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.

AzVision.az xəbər verir ki, zədəli olduqları üçün Əfran İsmayılov (“Bakı”) və Səlahət Ağayev (“İnter”) millinin heyətindən çıxarılıblar. Əvəzində “Bakı” klubunun üzvü Aqil Məmmədov sentyabrın 3-dən etibarən millinin hazırlıq prosesinə cəlb olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti