Azərbaycan Qran Prisində sürət azala bilər

Azərbaycan Qran Prisində sürət azala bilər
  06 İyun 2017    Oxunub:1536
Bakı Şəhər Halqasında böyük ehtimalla bu il dövrə rekordu qırıla bilər.
AzVision.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq deyib.

Onun sözlərinə görə, “Formula 1” Azərbaycan Qran Prisində maksimal sürətin artmasını gözləmir: “Əksinə sürət azala bilər. Bu il “Formula 1” bolid və təkərləri bir qədər enli olduğuna görə ötən illə müqayisədə yüksək sürətin əldə edilməsi gözlənilmir. Ötən il maksimal sürət 378 km/saat olmuşdu. Bu il bir qədər az sürətin olması nəzərdə tutulur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Bakı-Şəhər-Halqası   Formula-1  





Xəbər lenti