“Mumiya” filmi haqda maralı faktlar:
4 aprel 2012-ci il tarixində Universal Pictures mumiya filimlər silsiləsinin yenidən hazırlanması haqda bildirmişdi, filmin ssenarisi Devid Kepp, Kristofer Makkuori, Dilan Kassman və başqaları tərəfindən yazılmışdı. 30 iyul 2014-cü il tarixindən Aleks Kurtsman filmin rejissoru təyin edilmişdir.
24 noyabr 2015-ci il tarixində Tom Kruzun filmdə baş rolda yer alması üçün danışıqlar apardığı məlum olmuşdur. Daha sonra The Hollywood Reporter Sofiya Butellanın mumiya rolu üçün danışıqlar apardığını bildirmişdir. 2016-cı ilin yanvar ayında Tom Kruz və Butellanın filmdə çəkilişlərə dair müqavilə imzaladıqları rəsmi şəkildə bəyan edilmişdir. 2016-cı ilin mart ayından etibarən filmin aktyor heyətinə Annabel Uollis BMT yanında arheqoloq rolunda, Ceyk Conson hərbi qulluqçu rolunda və Marvan Kenzari qoşulmuşlar. Daha sonra Rassel Krounun doktor Henri Cekilla və mister Edvard Hayd rolları üçün danışıqlar apardığı xəbəri yayılmışdı. Bu rol üçün Havyer Bardem, Eddi Redmeyn, Cozef Qordon-Levitt və Tom Hardi də nəzərdə tutulmuşdular. Və nəhayət, 6 may 2016-cı il tarixində Rassel Krounun doktor Henri Cekilla rolunu ifa edəcəyi təsdiqlənmişdir.
Filmin çəkilişlərinə 3 aprel 2016-cı il tarixində Oksford, Böyük Britaniyada start verilmişdir. Çəkilişlərin bir qismi Londonda, Surreydə baş tutmuşdur. Daha sonra çəikiliş qrupu Namibiyaya yollanaraq iki həftə ərzində filmin yekun səhnələrin çəkib çəkiliş posesini yekunladırmışlar.
Süjet:
Ucsuz-bucaqsız səhralığın mərkəzində nəhəng məqbərədə misir faraonunun qızı dəf olunub,lakin gün gələcək o əslində ona məxsus olanı qaytarmaq üçün bizim dünyamıza dönüş edəcək. Bundan sonra dünyanı tanrılar və nəhənglər idarə edəcək.
Eldar Tanrıverdiyev
AzVision.az