UEFA-nın baş katibi Bakıya gəlib

UEFA-nın baş katibi Bakıya gəlib
  08 İyun 2017    Oxunub:1522
UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük işgüzar səfərdədir.
AzVision.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: UEFA   AFFA  





Xəbər lenti