Elmar Vəliyev sərgidə iştirak edib - Fotolar

Elmar Vəliyev sərgidə iştirak edib - Fotolar
  10 İyun 2017    Oxunub:2874
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunda Tahir Abbasovun fərdi sərgisi keçirilib
AzVision.az xəbər verir ki, sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, vitsekonsul Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar iştirak edib. Vitsekonsul Hüseyn Yurtsevər sərgi iştirakçılarını salamlayaraq Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olan sərginin hazırlanmasında Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyinin olduğunu bildirib.



Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, bu sərgi şəhərin mədəniyyətini, incəsənətə verilən diqqəti nümayiş etdirən bir tədbirdir. Gəncənin tarixən mədəniyyət beşiyi olmasını önə çəkən icra başçısı qısa zamanda şəhərdə mədəniyyət işçilərinə töhvə olaraq filarmoniya binasının istifadəyə veriləcəyini vurğulayıb. Elmar Vəliyev qeyd edib ki, Tahir Abbasov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha nümayiş etdirib.



Rəssam Tahir Abbasov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib. Bildirib ki, sərgidə surrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi 35-ə yaxın əsəri sərgilənir. Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və qonaqlar sərgilənən rəsm əsərləri ilə yaxından tanış olublar. Xatırladaq ki, sərgi iyun ayının 18-ə kimi davam edəcək.

AzVision.az



Teqlər: Gəncə   sərgi  





Xəbər lenti