İdmançımız alman rəqibini nokauta saldı

İdmançımız alman rəqibini nokauta saldı
  12 İyun 2017    Oxunub:6506
Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib.
Gənclər və İdman NAzirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edib.

Azərbaycanı bu yarışda "Royal Fight" klubunun professional idmançısı Şikar Bədəlov təmsil edib. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək yarışın qalibi olub.

Qeyd edək ki, Şikar Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlmişdi.

AzVision.az


Teqlər: Şikar-Bədəlov   İdman  





Xəbər lenti