“Qarabağ” loqosunu dəyişir

“Qarabağ” loqosunu dəyişir
  12 İyun 2017    Oxunub:1933
“Qarabağ” loqosunda dəyişikliklər edəcək.
AzVision.az-ın klubun saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı artıq rəsmi müraciət edib. Komanda dəyişikliklə əlaqədar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət ünvanlayıb. Qurumdan cavab gəldikdən sonra komandanın loqosu yenilənəcək.

Digər dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidi.

Qeyd edək ki, bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” bu təcrübədən yararlanaraq loqosunun üzərinə 1 ulduz əlavə etmək niyyətindədi.

AzVision.az


Teqlər: futbol  





Xəbər lenti