Neymar dünyanın ən bahalı futbolçusudur

Neymar dünyanın ən bahalı futbolçusudur
  13 İyun 2017    Oxunub:2472
İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya yığmasının və "Barselona" klubunun hücumçusu Neymar dünyanın ən bahalı futbolçusu seçilib. Onun transfer qiyməti 210,7 milyon avrodur.

İkinci yerdə "Tottenhem"dən Dele Alli (155,1 milyon avro), üçüncü yerdə Harri Keyn (153,6 milyon) yer alıb.

Lionel Messi siyahıdır dördüncüdür. Onun transfer qiyməti 151,7 milyondur.

Kriştiano Ronaldonun transferi isə 112,4 milyon avro dəyərləndirilir. O, reytinq siyahısında 11-ci yerdədir.

AzVision.az


Teqlər: Neymar   Messi   Ronaldo  





Xəbər lenti