"İş yerimi dəyişmək üçün səbəb yoxdur" - Prosineçki

"İş yerimi dəyişmək üçün səbəb yoxdur" - Prosineçki
  13 İyun 2017    Oxunub:2165
“Azərbaycan millisi ilə davam edən müqaviləm var. Federasiyadakı insanlar işimdən razıdırlar”.
Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Türkiyənin “Bursaspor” klubuna keçəcəyi deyilən xorvatiyalı çalışdırıcı “goal.com” saytına açıqlamasında belə bir fikrinin olmadığını deyib: “Növbəti çağırışa qədər burada qalacağam. Məsələ çox sadədir, ilin sonuna qədər müqaviləm var və buna hörmət etməliyəm. Təəssüf ki, iki gün öncə ağır məğlubiyyət aldıq, ancaq bu, heç nəyi dəyişdirmir. Bilirəm, haqqımda çox şey yazırlar. Deməliyəm ki, indiki vəziyyətdə iş yerimi dəyişmək üçün bir səbəb yoxdur”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3 gün öncə Şimali İrlandiya ilə öz meydanında oynadığı matçda 0:1 hesabı ilə məğlub olmuşdu.

AzVision.az


Teqlər: Prosineçki  





Xəbər lenti