Muğam müsabiqəsinin qalibləri məlum oldu

Muğam müsabiqəsinin qalibləri məlum oldu
  13 İyun 2017    Oxunub:3607
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb.
Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

Müsabiqədə birinci yeri Pərviz Qasımov, ikinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.

Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli müsabiqənin Qran-pri mükafatına layiq görülüb.



AzVision.az


Teqlər: Muğam-Müsabiqəsi  





Xəbər lenti