Heydər Əliyev Mərkəzinin parkında rəsm dərsi - Fotolar

  17 İyun 2017    Oxunub : 701
Heydər Əliyev Mərkəzinin parkında rəsm dərsi - Fotolar

Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu uşaqlar üçün rəsm dərsi təşkil olunub.

AzVision.az xəbər verir ki, hər bir kəsin iştirak edə biləcəyi bu dərsdə uşaqlar müxtəlif rəsmlər çəkib, müəllimlərin tövsiyyələri üzrə rəsm vərdişlərini inkişaf etdiriblər.

Rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, «Tonus Klubu»nun müəllimi Röya Həsənova keçib.

Açıq havada keçirilən dərs həm də uşaqların həftəsonu əyləncəsinin maraqlı təşkilinə imkan yaradıb.

AzVision.az

Foto


Teqlər: