"Qarabağ"ın rəqibi bəlli oldu

  19 İyun 2017    Oxunub : 1244
"Qarabağ"ın rəqibi bəlli oldu

Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkatması keçirilib.

AzVision.az-ın məlumatına görə, püşkatma ilə Ağdamın “Qarabağ” klubunun rəqibi də məlum olub.

Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü isə iyulun 18-də Gürcüstanda olacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: