Yarışı izləmək istəyən tamaşaçılar üçün ayrılan sektorlar hazır vəziyyətə gətirilib. Trass boyu 9 əsas müvəqqəti tribuna tamaşaçıların ixtiyarına veriləcək. Ümumilikdə paytaxtımız növbəti "Formula 1" yarışını keçirməyə tam hazırdır.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 23-dən 25-dək davam edəcək. Tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula-1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-si, saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər.
Formula-1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.
_5992491564.jpg)
_4494368673.jpg)
_2996245898.jpg)
_2996245782.jpg)
_1498122891.jpg)
_5992491796.jpg)
_2996245898.jpg)
_7490614750.jpg)
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az