F1 yarışlarının formatı dəyişdirilə bilər

F1 yarışlarının formatı dəyişdirilə bilər
  23 İyun 2017    Oxunub:1360
"Formula-1" bolidləri ilə bağlı növbəti tənzimləmələr yarış gücü və bolidlər arasında məsafənin qısaldılması istiqamətində olacaq.
AzVision.az xəbər verir ki, bu sözləri "Formula-1"-in idman direktoru Ross Braun jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni dizaynlı bolidlərin yarış ərzində ard-arda hərəkəti zamanı hava axını nəticəsində yaranan maneələr, yarış rəqabətini azaldan faktorlar nəzərə alınacaq.

Ross Braun qeyd edib ki, sürət qutusu ilə bağlı komandalar arasında fikir müxtəlifliyi olduğu üçün ortaq dizaynın mümkünlüyünə çalışılacaq: "2021-ci ildə ciddi dəyişikliklər olacaq. Amma bu, o demək deyil ki, biz o vaxtadək heç bir iş görməyəcəyik. İndidən komandalara müəyyən tövsiyə və məsləhətlərimizi vermişik. Böyük dəyişiklikləri birdən-birə etmək çətindir. Çünki bu, böyük maliyyə tələb edir. Amma zamanla yarış rəqabətinə mane olan məqamlar aradan qaldırılacaq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti