“Qarabağ” yeni qapıçı transfer edib
Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan 29 yaşlı çərçivə qoruyucusu daha sonra “Krivbass”a keçib. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a transfer olunan qolkiper geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına da dəvət alıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


