"Formula-1" pilotlarının sıralama turu başladı

"Formula-1" pilotlarının sıralama turu başladı
  24 İyun 2017    Oxunub:1674
"Formula-1" Azərbaycan Qran-Prisinin sıralanma turu başlayıb.
Yürüşə 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar.

"Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Eseteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hulkenberq mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Daniil Kvayt və Karlos Sainz, "Sauber"də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, "McLaren"də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti