İlham Əliyev və xanımı “Formula-1” yarışlarında -FOTOLAR

  25 İyun 2017    Oxunub : 18781
İlham Əliyev və xanımı “Formula-1” yarışlarında -FOTOLAR
"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyev və ailə üzvləri iştirak ediblər.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula-1 Azərbaycan Qran-Prisinə start verilib.

Ölkə başçısı ailə üzvləri ilə birlikdə yarışları izləyib.















Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az

Foto


Teqlər: İlham-Əliyev   Mehriban-Əliyeva   Formula-1