Uşaqlar arasında futbol turniri keçirilib - Fotolar

  03 İyul 2017    Oxunub : 798
Uşaqlar arasında futbol turniri keçirilib - Fotolar

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib.

Mərkəzdən AzVision.az-a verilən məlumata görə, turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib. İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri- topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.

Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub.

Yarışa "Leon" uşaq futbol klubunun UEFA "B" lisenziyalı məşqçiləri nəzarət edib. Oyunlar zamanı fərqlənən 6 iştirakçıya "Leon" futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub.

AzVision.az

Foto


Teqlər: futbol   Heydər-Əliyev-Mərkəzi