Əməkdar artist vəfat edib

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.
“Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.
AzVision.az
Teqlər: Aktyor Telman-Əliyev Əməkdar-artist