“Boynuma alıram, uşaqları öldürmüşəm” – Sarkisyan (CİZGİ FİLMİ)

“Boynuma alıram, uşaqları öldürmüşəm” – Sarkisyan (CİZGİ FİLMİ)
  06 İyul 2017    Oxunub:31156
Bu cizgi filmi ilin əvvəllərində AzVision-un təşəbbüsü ilə hazırlanmışdı. Yenidən aktuallaşdığı üçün təkrar paylaşmaq qərarına gəldik.
Biz orada ermənilərin bir neçə istiqamətdə işlətdikləri cinayətləri eyni ssenaridə birləşdirməyə çalışmışdıq. Onlardan biri də günahsız uşaqların qətli idi.

Nə acı ki, ermənilər yenə də əllərini uşaq qanına bulaşdırdılar... Onların qətlə yetirdikləri 194 azərbaycanlı uşağın siyahısına biri də əlavə olundu: 18 aylıq Zəhra Quliyeva.

Biz bu cür haqlı görünmək istəməzdik! Biz cizgi filmindəki başqa bir səhnənin reallaşdığını görmək istəyirik: Sonda Sarkisyanın məhkəməsi qurulur və o, ağlaya-ağlaya deyir ki, “Boynuma alıram, günahkaram... Mən uşaqları qətlə yetirmişəm”.

Uşaq qanına bulaşmış əlləri qandalsız qoymaq bəşəriyyət üçün təhlükəlidir!





Teqlər: #Sərkisyan   #Uşaq-qatili   #Zəhra   #Cizgi-filmi  





Xəbər lenti