Klublarımız Avroliqada növbəti mərhələdə

Klublarımız Avroliqada növbəti mərhələdə
  07 İyul 2017    Oxunub:1515
Ötən gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, Azərbaycan klubları "Zirə" və "İnter" cavab oyununa çıxıblar.

İlk oyunda Bakıda rəqibini 2:0 hesabı ilə məğlub edən "Zirə" klubu Lüksemburqda da “Differdanj” klubunu 1:2 hesabı ilə məğlub edib. İlk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən “İnter” Bakıda da rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
6 iyul

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)- 1:2


21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)- 2:0



Qeyd edək ki, “Zirə” növbəti mərhələdə Rumıniyanın “Astra”, “İnter” isə Lüksemburqun “Fola” klubu ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: Avropa-Liqası   "İnter"   "Zirə"  





Xəbər lenti