“Qarabağ”ın oyunu canlı yayımlanacaq

“Qarabağ”ın oyunu canlı yayımlanacaq
  16 İyul 2017    Oxunub:4166
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” Gürcüstan çempionu “Samtredia”nın qonağı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Azarkeşlər iyulun 18-də “Boris Payçadze” adına stadionunda keçiriləcək görüş “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı izləyə biləcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ilk matçda Bakıda “Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti